Avtomobil izdihama çırpılıb, bir neçə nəfər xəsarət alıb

48

Almaniyanın qərbində yerləşən Manheim şəhərində avtomobil izdihamın üzərinə sürüb, bir neçə nəfər ağır yaralanıb.

Bu barədə Reuters məlumat yayıb.

Yerli polis şəhərin mərkəzində polis əməliyyatının aparıldığını bildirsə də, əlavə məlumat verməyib.

Məlumata görə, yüksək sürətlə hərəkət edən qara rəngli avtomobil karnaval mövsümünü qeyd etmək üçün toplaşan vətəndaşların üzərinə çırpılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Diabetlə mübarizə aparmağa kömək edən qidalar
Öncəki yazı
Latviya 16 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyub