This is a specific ad

Avstriyada gülməli soyğunçuluq hadisəsi 

15

Another advertisement

Avstriyada mağazadan oğurluq etmək istəyən şəxs silahı kassirə doğru yönəldib və pul tələb edib.

QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir.

Lakin qadın sakit tərzdə soyğunçuya onun çox gec gəldiyini deyib. Kassir qadın bildirib ki, avtomat kassa bir saat əvvəl bağlanıb və onu açmaq fiziki cəhətdən mümkün deyil.

Bunu mağaza müdiri də təsdiqləyib. “Bağışlayın, bir saat tez gəlməli idiniz. Çox təəssüf edirəm”, – deyə müdir qeyd edib.

Cinayətkar mübahisə etməyib, sakitcə silahı yerə qoyub və çıxıb gedib.

Bir müddət sonra o yenə də qayıdıb. “Dəqiq kassanı heç cür açmaq mümkün deyil?”, – deyə oğru bir daha nəzakətlə soruşub. O, yenə eyni cavabı alıb, kədərlənib və gedib (bu dəfə birdəfəlik).

Hazırda uğursuz soyğunçu polis tərəfindən axtarılır.

Ertəsi gün naməlum şəxs həmin rayondakı yanacaqdoldurma məntəqəsini qarət edib. Onun eyni “bəxtsiz” maskalı cinayətkar olduğu ehtimal edilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
İrakli Qaribaşvili İsrailə səfər edib
Öncəki yazı
ზღვაში ახალგაზრდა კაცს სკუტერმა გადაუარა