This is a specific ad

Avstriya kansleri vəzifəsini bu şəxs yerinə yetirəcək

24

Another advertisement

Xarici işlər naziri Aleksandr Şallenberq Avstriyanın kansleri vəzifəsini icra edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ölkədə yeni hökumət formalaşana qədər müvəqqəti olaraq kansler vəzifəsini icra edəcək.

Xatırladaq ki, ötən həftə Avstriyanın kansleri Karl Noyhammer rəhbərlik etdiyi mühafizəkar “Xalq Partiyası” ilə “Sosial Demokrat Partiyası” arasında koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra istefa verib.

Avstriya prezidenti Aleksandr van der Bellen “Azadlıq Partiyası”nın lideri Herbert Kiklə yeni  hökumət qurması üçün göstəriş verib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Afrikada saxlanılan Azərbaycan gəmilərindəki azərbaycanlıların ailələri ilə əlaqə yaratmaq üçün köməklik göstərilir
Öncəki yazı
Azərbaycan prezidenti İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb