Another advertisement
Xarici işlər naziri Aleksandr Şallenberq Avstriyanın kansleri vəzifəsini icra edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ölkədə yeni hökumət formalaşana qədər müvəqqəti olaraq kansler vəzifəsini icra edəcək.
Xatırladaq ki, ötən həftə Avstriyanın kansleri Karl Noyhammer rəhbərlik etdiyi mühafizəkar “Xalq Partiyası” ilə “Sosial Demokrat Partiyası” arasında koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra istefa verib.
Avstriya prezidenti Aleksandr van der Bellen “Azadlıq Partiyası”nın lideri Herbert Kiklə yeni hökumət qurması üçün göstəriş verib.