Avstraliya dünyada travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirən ilk ölkə olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Avstraliyanın Terapevtik Mallar İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən qüvvəyə minən müəyyən psixi sağlamlıq şərtləri üçün tərkibində metilendioksi metamfetamin və ya psilosibin olan dərmanlar təyin edə bilərlər.
Belə ki, tərkibində metilendioksi metamfetamin olan dərmanlar travma sonrası stress pozğunluğunun müalicəsində, psilosibin isə müalicəyə davamlı depressiya üçün istifadə edilə bilər.
İdarə bildirib ki, qərar travma sonrası stress pozğunluğu və depressiya üçün kifayət qədər effektiv müalicə vasitələrinin olmaması ilə əlaqədar verilib.
-