This is a specific ad

Avstraliyada iki təyyarə toqquşub, onlardan biri körfəzə düşüb

19

Another advertisement

Avstraliyada Morninqton yarımadasının sahilində keçmiş hərbi təyyarə havada başqa bir təyyarə ilə toqquşduqdan sonra dənizə düşüb.

Qafqaztürk xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Maunt-Martdan təxminən 12 km qərbdə, yerli vaxtla saat 14.45-də Port-Fillip körfəzində baş vermiş hadisəyə təcili yardım çağırılıb.Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatı iki yüngül “ViperS-211 Marchetti” təyyarəsinin toqquşduğunu və bir təyyarənin suya düşdüyünü təsdiqləyib.

Həmin vaxt təyyarənin göyərtəsində iki nəfər olub.İçərisində fərqli pilot və sərnişin olan ikinci təyyarə Essendon hava limanına salamat eniş edib.Üç xilasedici helikopter su polisi və könüllü dəniz xilasetmə dəstələri ilə birlikdə hadisə yerində axtarış aparır. Bir neçə parça dağıntı aşkar edilib.

Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatı səhərə qədər itkin düşən iki nəfərin axtarışlarını davam etdirəcək.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Finlandiya Rusiya ilə sərhəddə hasar çəkilişini sürətləndirib
Öncəki yazı
Qırğızıstanda Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi qeyd olunur