Avstraliya atom sualtı qayıqları üçün təlim proqramına başlayıb

252

Another advertisement

Avstraliyada hakimiyyət orqanları AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi ittifaqı) tərəfdaşlıq razılaşmalarının gerçəkləşdirilməsi fonunda nüvə sualtı təlim proqramının başlandığını elan edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin Baş nazir Entoni Albanesen bildirib.

“Bu təşəbbüs yaxın iki ildə 200 nəfəri nüvə sualtı qayıqlarını idarə etmək və saxlamaq üçün lazım olan fənlər və peşələr üzrə öyrətməyə şərait yaradacaq”, –  deyə baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, kadr hazırlığı və yenidənhazırlanma proqramının ilkin mərhələsində sənaye istehsalı və emalı, layihələrin idarə edilməsi və logistika prioritet istiqamətlər olacaq. 2040-cı ilə qədər bu və digər təhsil proqramları çərçivəsində ölkədə nüvə sualtı donanmasının tikintisi və istismarı ilə bağlı obyektlərdə 20 mindən çox yüksəkixtisaslı işçinin çalışacağı gözlənilir.

Məlumat üçün bildirək ki, AUKUS 2021-ci ildə qurulan Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik tərəfdaşlığıdır. Müqavilə çərçivəsində, xüsusilə Avstraliya, 2036-cı ildə ilk döyüş növbətçiliyinə çıxacaq ən azı səkkiz nüvə sualtı qayığı yaratmaq üçün Amerika texnologiyasından istifadə etməyi, həmçinin silahlı qüvvələrini Amerika qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub
Öncəki yazı
Putin açıqladı: Ukraynada müharibə buna görə bitmir