This is a specific ad

Avropanın 2025-ci il Yaşıl Paytaxtı finalçıları məlum olub

16

Another advertisement

2025-ci il Avropanın Yaşıl Paytaxtı titulunun finalçıları Avstriyanın Graz, Portuqaliyanın Gimaraes və Litvanın Vilnüs şəhərləri olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Europulse” məlumat yayıb.

Mərasim bu il oktyabrın 5-də Avropanın hazırkı Yaşıl Paytaxtı Tallinndə elan olunacaq.

Qeyd edək ki,2010-cu ildən Avropa Komissiyası əhalisi 100 mindən çox vətəndaşı olan şəhərlərə Avropanın Yaşıl Paytaxtı adını verir. Onlar davamlı inkişaf sahəsində ekspertlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. Namizəd şəhərlər hava və suyun keyfiyyəti, biomüxtəlifliyin qorunması, yaşıl şəhər nəqliyyatı və davamlı inkişaf kimi 12 meyar əsasında qiymətləndirilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə, Rusiya, Ukrayna… – Gürcüstan 2023-cü ildə ən çox dondurmanı haradan alıb
Öncəki yazı
Ümumdünya Solaxaylar Günü qeyd olunur