This is a specific ad

Avropada səyahət etmək üçün ən ucuz 10 şəhər

288

Another advertisement

Turistlərə beynəlxalq qatar biletləri təqdim edən xidmət “Eurail” 2024-cü ildə Avropanın ən ucuz 10 şəhərinin siyahısını hazırlayıb.

QafqazTürk Media  xarici mətbuata istinadla Avropada hələ də aşağı büdcə ilə ziyarət edə biləcəyiniz yerlərin siyahısını təqdim edir.

Məlumata əsasən, siyahıya bir turistə düşən orta gündəlik xərc 36,49 avro təşkil edən Bolqarıstanın paytaxtı Sofiya başçılıq edir.  Reytinqdə ikinci yeri səyahətçilərin gündə orta hesabla 38,67 avro xərclədiyi Rumıniyanın paytaxtı Buxarest, üçüncü yeri isə hər birinin gündəlik turist xərcləri 43,48 avro olan iki şəhər – Polşanın Krakov və Macarıstanın paytaxtı Budapeşt bölüşdürüb.

2024-cü ildə Avropanın ən ucuz 10 şəhəri:

  1. Sofiya, Bolqarıstan (36,49 avro).
  2. Buxarest, Rumıniya (38,67 avro).
  3. Krakov, Polşa (43,48 avro).
  4. Budapeşt, Macarıstan  (43,48 avro).
  5. Sarayevo, Bosniya və Herseqovina (45,67 avro).
  6. Belqrad, Serbiya (46,62 avro).
  7. Zaqreb, Xorvatiya (51,41 avro).
  8. Varşava, Polşa (52,3 avro).
  9. Bratislava, Slovakiya  (56,51 avro).
  10. Çeski Krumlov, Çexiya (69,99 avro).

 

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Bazarda göyərti satan qadının 27 ildir yığılan mülkü bir gecədə qarət olunub
Öncəki yazı
Hindistanda yeni toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq