Avropada qazın qiyməti yarıbayarı azalıb

0


2023-cü ilin yanvar-iyun aylarında Avropada qazın qiyməti iki dəfə azalaraq 1000 kubmetr üçün təxminən 425 dollar təşkil edib.
QafqazTürk.com xəbər verir ki,məlumata görə, azalmanın əsas amilləri anomal isti hava, qaz anbarlarının doldurulması və Avropa İttifaqında qaza tələbatın azalması olub.
Əgər 2022-ci il dekabrın 30-da qaz füçersi 1000 kubmetr üçün təxminən 845 dollara satılırdısa, satış 2023-cü ilin iyunun 30-da ilin əvvəli ilə müqayisədə 50% aşağı – 425 dollarla bağlanıb.


0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Klassik avtomobillərlə bağlı yeni qanunvericilik bu gündən qüvvəyə minib
Öncəki yazı
Ukrayna “Georgian Airways”ə qarşı sanksiyalar tətbiq edib