This is a specific ad

Avropa Şurasının iclasında Gürcüstanla bağlı məsələ müzakirə olunacaq

262

Another advertisement

“Avropa İttifaqı liderləri bu gün və sabah Brüsseldə görüşəcək və digər məsələlərlə yanaşı, Gürcüstan haqqında da danışacaqlar”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.

“Avropa Şurası beynəlxalq əlaqələrimizlə bağlı bir sıra məsələləri, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə edir. Hər iki ölkə öz Avropa yolu üçün həlledici məqam qarşısındadır”, – Şarl Mişelin Avropa Şurası üzvlərinə göndərdiyi dəvət məktubunda deyilir.

Onun sözlərinə görə, əsas mövzulardan biri Ukrayna məsələsi olacaq və Avropa İttifaqının liderləri prezident Zelenskinin təklif etdiyi “qələbə planı”nı dinləyəcək və gələcək addımları inkişaf etdirəcəklər.

Şarl Mişelin sözlərinə görə, Avropa liderləri həmçinin Yaxın Şərqdə cərəyan edən hadisələr, miqrasiya problemi və digər mühüm mövzulara diqqət yetirəcəklər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Zaxarova- Azərbaycan erməni qaçqınların geri qayıtması üçün hər cür şərait yaradıb
Öncəki yazı
Netanyahu-İsrail qüvvələri Hizbullah bazalarında müasir rus silahları tapıblar