Another advertisement
Avropa Şurasının baş katibi Alen Berse Gürcüstandadır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanında Alen Berseni xarici işlər nazirinin müavini Laşa Darsaliya qarşılayıb.
“Səfər çərçivəsində Alen Berse Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, seçilmiş prezident Mixail Kavelaşvili, xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Alen Berse işğal xəttinə yaxın kəndə baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq. Avropa Şurası baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 17-21-də baş tutacaq”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.