Avropa Şurasının baş katibi Alen Berse “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə görüşüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı “Gürcü arzusu”nun mətbuat xidməti təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl Avropa Şurasının baş katibi Alen Berse vətəndaş cəmiyyəti, baş nazir İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili və ictimai müdafiəçi Levan İoseliani ilə görüşüb. Qeyd edək ki, Alen Berse sabah müxalifət və vətəndaş cəmiyyəti ilə görüş keçirəcək.
“Bu səhər mən ilk növbədə vətəndaş cəmiyyəti, daha sonra İrakli Kobaxidze və Şalva Papuaşvili ilə görüşdüm. Mən ictimai müdafiəçi, Bidzina İvanişvili və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşləri səbirsizliklə gözləyirəm. Sabah müxalifət və vətəndaş cəmiyyəti ilə tam görüş günüdür”, – Alan Berse yazıb.