This is a specific ad

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ölkəmizə səfər edəcək

267

Another advertisement

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) altı nəfərdən ibarət nümayəndə heyəti seçki kampaniyası ilə bağlı Gürcüstana səfər edəcək və seçki kampaniyasını və siyasi ab-havanı dəyərləndirəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının saytında dərc olunub.

Əldə olan məlumata görə, Julian Bulainin (Rumıniya, ALDE) başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 23-24-də Gürcüstana səfər edəcək.

Nümayəndə heyəti Tbilisidə Gürcüstan prezidenti, parlamentin sədri, daxili işlər nazirinin müavini, parlament çoxluğunun və müxalifətin üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri ilə görüşəcək. Rabitə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, səfərin sonunda nümayəndə heyəti bəyanatla çıxış edəcək.

Nümayəndə heyətinin tam tərkibi digər beynəlxalq müşahidəçilərlə birlikdə oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkiləri müşahidə edəcək.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Bu şəhər Avropanın ən dəbli qış məkanı seçildi
Öncəki yazı
Bu ölkədə polisə hücum edən Gürcüstan vətəndaşı yaxalanıb