Avropa Şurası Parlament Assambleyasında (PACE) bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək – NƏLƏR GÖZLƏNİLİR ?

84

Avropa Şurası Parlament Assambleyasında (PACE) bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək.

Təşkilatın rəsmi saytının məlumatına görə, monitorinq üzrə həmsədrlər Edite Estrela və Sabina Çudiç Assambleyaya “Gürcüstanda demokratiya və qanunun aliliyinin dəstəklənməsi” mövzusunda qətnamə təqdim edəcəklər.

Qətnamə layihəsində qeyd olunur ki, ölkədə demokratik geriləmə Avropa standartları üçün ciddi təhlükə yaradır. Sənəd hökumətin izolyasion siyasətini, müxalifətin, medianın və vətəndaş cəmiyyətinin təqibini, həmçinin “xarici təsir” qanunlarını tənqid edir.

Assambleya gözlənilən yerli seçkilərdə qeyri-ədalətli mühit və beynəlxalq müşahidəçilərin olmamasına dair narahatlıq ifadə edir. Eyni zamanda, müxalifət partiyalarının qadağan olunması ideyasını sərt şəkildə pisləyir və bunu “təkpartiyalı diktatura riski” kimi qiymətləndirir.

PACE Gürcüstan hökumətinə demokratik institutları zəiflətməkdən çəkinməyi tövsiyə edir və dialoqa açıq olduğunu bildirir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qaqranın süqutundan 33 il keçir… ƏTRAFLI
Öncəki yazı
Baş nazir İrakli Kobaxidze Danimarkada keçirilən sammitdə iştirak edir