Another advertisement
“Avropa Şurası ifadə azadlığını və sağlam demokratik debatları dəstəkləyir”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Alen Berse sosial şəbəkədə yazıb.
“İnstitusional görüşlərdən əvvəl vətəndaş cəmiyyəti ilə açıq və dərin fikir mübadiləsi aparılıb. Avropa Şurası ifadə azadlığını və sağlam demokratik müzakirələri dəstəkləyir”, – Alan Berse yazır.
Məlumat üçün bildirək ki, Avropa Şurasının baş katibi Alen Berse bu gün Tbilisiyə gəlib.
Avropa Şurasının verdiyi məlumata əsasən, səfərin məqsədi təşkilatın dəyər və prinsiplərinə tam uyğun olaraq Avropa Şurası ilə Gürcüstan arasında əməkdaşlığın davam etdirilməsi üçün şəraitin təmin edilməsidir.