Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin (DROI) üzvləri mayın 26-da Tbilisiyə gələcəklər. Müvafiq məlumat Avropa Parlamentinin saytında yerləşdirilib.
Sənədə əsasən, alt komitənin üzvləri mayın 19-20-də Cenevrədə, mayın 26-da Gürcüstanda, iyulun 21-də Konqo Demokratik Respublikasında, sentyabrın 15-də Banqladeşdə, oktyabrın 27-də isə Türkiyədə görüşlər keçirəcəklər.