Avropa Parlamentində Gürcüstanla bağlı müzakirələrdə çıxışı zamanı Avropa Parlamentinin deputatı Thierry Mariani (Fransa) bildirib ki, Gürcüstan Brüsselin müstəmləkəsinə çevrilməyəcək.
“Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri “Brüssel daha çox iş görməlidir” dedi. Bəs niyə biz suveren xalqın demokratik qərarına təsir etməliyik? Bizə millətlər arasında qarşılıqlı hörmət lazımdır. Gürcüstanda hakimiyyət xalqın əlindədir. Dekabrın 20-də Gürcüstanla bağlı heç bir xarici müdaxilənin olmadığı barədə nəticə dərc olundu. Brüssel müdaxiləsini gücləndirir. Məsələn, orada çoxlu polis əməkdaşı yaralanıb və Brüssel xaosa qarışıb. Bura azad ölkədir. Gürcüstan onların seçimlərinə hörmət edən Avropa istəyir. Gürcüstan Brüsselin müstəmləkəsinə çevrilməyəcək”, – Mariani bildirib.