Another advertisement
Bu gün Avropa Parlamentinin plenar sessiyasında Gürcüstanla bağlı müzakirə aparılacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin veb-səhifəsində dərc olunub.
Məlumata əsasən, debatın mövzusu Gürcüstanda demokratik geriləmədir.
Müzakirə yerli vaxt ilə saat 17:00-da baş tutacaq. Debatda Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel bəyanatla çıxış edəcək.
Qeyd edək ki, sabah isə müzakirələrin yekunu olaraq qətnamə səsə qoyulacaq.