This is a specific ad

Avropa Parlamenti gələn həftə “Gürcüstanda siyasi iğtişaşlar” mövzusunda debat keçirəcək

22

Another advertisement

Avropa Parlamenti gələn həftə “Gürcüstanda siyasi iğtişaşlar” mövzusunda debat keçirəcək. Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Xüsusilə, gələn həftənin iş qrafikində Avropa Parlamentinin “Gürcüstandakı siyasi iğtişaşlar və Belarusda davam edən repressiyalarla bağlı debat” keçirəcəyi bildirilir. Bəyanatda qeyd olunur ki, Belarus qətnaməsi ilə bağlı da səsvermə keçiriləcək.

Bundan əlavə, “Azadlıq” radiosunun Avropa Bürosunun redaktoru Rikard Jozwiak-ın sözlərinə görə, yanvarın 21-də Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək və fevral sessiyasının birinci iclasında Gürcüstanla bağlı qətnamənin səsverməsi keçiriləcək.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Maka Boçorişvili – Gürcüstan və Azərbaycan müxtəlif tərəflərin müdaxilə cəhdlərinin öhdəsindən yaxşı gəlir
Öncəki yazı
Ukrayna və Böyük Britaniya 100 illik tərəfdaşlığa dair tarixi saziş imzalayıblar