This is a specific ad

Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib

231

Another advertisement

Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.

Bu gün Avropa Parlamentində keçirilən plenar iclasda Avropa Parlamentinin deputatları Avropa Komissiyasının sədri Ursula fon der Leyenin 26 komissardan ibarət heyətini təsdiqləyiblər.

QafqazTürk Media xəbər verir ki, 370 deputat Avropa Komissiyasının yeni tərkibini dəstəkləyib, 282-si əleyhinə səs verib, 36-sı isə bitərəf qalıb.

Avropa Komissiyasının yeni tərkibi rəsmi olaraq dekabrın 1-dən fəaliyyətə başlayacaq.

Məlumat üçün bildirək ki, yeni Avropa Komissiyasında Avropa İttifaqının ali nümayəndəsi vəzifəsini Estoniyanın keçmiş baş naziri Kaia Kallas tutacaq. Genişlənmə üzrə Avropa komissarı sloveniyalı diplomat Marta Kos olacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Sabah Avropa Parlamentində mühüm qətnamə qəbul ediləcək”-Tina Bokuçava
Öncəki yazı
Prezidentliyə namizəd Mixail Kavelaşvili hansı mülkə sahibdir?