Sentyabrın 1-dən Gürcüstanda bir sıra dəyişikliklər artıq qüvvəyə mindi.
QafqazTürk Media xəbər verir ki, Aİ hava limanlarında mayelərin ötürülməsinə məhdudiyyətlər qoyulub.
Sentyabrın 1-dən etibarən Aİ hava limanları sərnişinlər üçün mayelərin ötürülməsinə yenidən məhdudiyyətlər qoyub. Daha dəqiq desək, əl yükündə 100 ml-dən çox mayenin daşınması qadağandır.
“İndependet”in məlumatına görə, son illər Avropanın bir çox hava limanlarında (Almaniya, İrlandiya, İtaliya, Litva, Hollandiya, İsveç, Malta, Finlandiya, Böyük Britaniya) yeni C3 skanerləri quraşdırılıb. Bu qurğularla mayenin miqdarına qoyulan məhdudiyyəti aradan qaldırılmışdı və sərnişinlərin bel çantalarından və çamadanlarından butulka və konservləri çıxarmağa ehtiyac qalmamışdı.
Bununla belə, Avropa Komissiyası indi deyir ki, əvvəllər qabaqcıl texnologiya nümunələri kimi görünən yeni skanerlər alışan mayeni adi sudan ayıra bilmədiyi üçün “təhlükəli”dir. Skanerlər təkmilləşdirilməlidir və problem həll olunana qədər Avropa hava limanları sınaqdan keçirilmiş cihazlardan istifadə etməli və mayelərin daşınması ilə bağlı köhnə prosedur və qaydalara qayıtmalıdır.
Məlumat üçün bildirək ki, qərarı hazırda Avropa Birliyinə üzv olmayan Böyük Britaniya da dəstəkləyib.