Another advertisement
UEFA Avropa Liqasının final görüşü keçirilib.
QafqazTürk.com xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə baş tutan qarşılaşmada “Sevilya” və “Roma” komandaları üz-üzə gəlib.
Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Əlavə edilmiş dəqiqələrdə də qalib müəyyənləşməyib. Qalibin müəyyən olunması üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələrdə isə daha dəqiq olan “Sevilya” Avropa Liqasının kubokuna sahib çıxıb.
Qeyd edək ki, bu, “Sevilya”nın Avropa Liqasında 7-ci tituludur.