Another advertisement
Avropa Komissiyası və Avropa İttifaqı Şurasının binaları Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının 3-cü ildönümünü qeyd etmək üçün Ukrayna bayrağının rənglərində işıqlandırılıb.
“Ukraynanın mavi və sarı rəngləri müqavimət rəngləridir. Bu kədərli yubileydə Ukrayna xalqına sarsılmaz dəstəyimizin simvolu kimi binamızı bəzəyiblər. Bizim cəsur qonşularımız, tərəfdaşlarımız və Avropa İttifaqının gələcək üzvləridirlər”,- Avropa Komissiyasının bəyanatında deyilir.
Xatırladaq ki, bu gün Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından üç il ötür.