This is a specific ad

Avropa Komissiyası tərəfindən Ukraynaya 3 milyard avro köçürüləcək

44

Another advertisement

Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial platformasında yazıb: “Bu gün biz Ukraynaya 3 milyard avro köçürəcəyik – G7 krediti çərçivəsində Aİ-nin payının ilk ödənişidir”.

Onun sözlərinə görə, Rusiyanın təcavüzkar müharibəsindən təxminən 3 il sonra Ukrayna öz dostlarına və tərəfdaşlarına arxalana bilər. Ursula fon der Leyen Ukraynanın azadlıq mübarizəsini davam etdirməsi və qələbə qazanması üçün ona maliyyə yardımının göstərilməsinin vacibliyini vurğulayır.

Ötən ilin sonunda Avropa Komissiyası Ukraynanın Aİ kreditinin ilk tranşını 2025-ci il yanvarın əvvəlində alacağını açıqlamışdı. Kreditin ümumi məbləği, 18,1 milyardı təşkil edir. Bu isə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə qarşılanacaq.

Sonrakı yazı
Avropa Şurası Parlament Assambleyasının Gürcüstan üzrə monitorinq həmməruzəçiləri faktaraşdırıcı missiya ilə Gürcüstana səfər edəcəklər
Öncəki yazı
İrakli Kobaxidze Çin səfiri ilə görüşüb