Avropa Komissiyası Gürcüstanla bağlı növbəti hesabat təqdim edib – ƏTRAFLI

36

Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat təqdim edib.

QafqazTürk Media xəbər verir ki, hesabatda Avropa İttifaqına üzv olmaq istəyən bütün namizəd ölkələr, o cümlədən Gürcüstan üzrə illik irəliləyiş və islahat prioritetləri qiymətləndirilir.

“Gürcüstan dərhal demokratik geriləməni dayandırmalı və namizəd statusu üçün müəyyən edilmiş 9 addım çərçivəsində konkret tədbirlər və islahatlar həyata keçirməlidir, həmçinin Avropa İttifaqının əsaslandığı prinsiplərə tam hörmət etməlidir. 2024-cü ilin dekabrında Avropa Şurası tərəfindən qəbul edilən nəticələrdən sonra, Gürcüstan hökumətinin fəaliyyəti ölkənin Avropa İttifaqına üzvlük prosesini faktiki olaraq dayandırıb. Demokratik geriləmə davam edib. Buna görə də Komissiya Gürcüstanı namizəd ölkə kimi yalnız formal olaraq qeyd edir. Gürcüstan hökumətinin nümayəndələri bu kursu dəyişmək və Avropa İttifaqına üzvlük yoluna qayıtmaq niyyətini nümayiş etdirməlidirlər” – deyə Avropa Komissiyasının genişlənmə üzrə rəsmi hesabatında bildirilir.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Bolnisidə qanunsuz ağac kəsimi və daşınması aşkarlanıb – ƏTRAFLI
Öncəki yazı
Marneulidə yerləşən iki yeməkxanada hazırlanmış qiymə ətdə uzunqulaq DNT-si aşkarlanıb – ƏTRAFLI