Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsinə dair illik hesabatı dərc olunub.
QafqazTürk.com xəbər verir ki, hesabatda Avropa Komissiyası Gürcüstanda həyata keçirilən islahatları, o cümlədən 12 tövsiyənin icrasını qiymətləndirib.
Məlumata görə, Avropa Komissiyası Gürcüstana Aİ üzvlüyünə rəsmi namizəd statusunun verilməsi ilə əlaqədar müsbət tövsiyə verib.
Hesabat Gürcüstanla yanaşı, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Ukrayna, Moldova, Bosniya-Herseqovina və Kosovonu da əhatə edir.
Məlumat üçün bildirək ki, bu ilin iyununda Avropa Şurası Gürcüstana Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 prioritet müəyyənləşdirib.
Avropa Komissiyasının tövsiyyəsi əsasında Avropa İttifaqının liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə ölkəyə namizəd statusunun verilməsi ilə əlaqədar qərar verəcəklər.