Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim barədə danışıqların başlanmasından bir il sonra, Avropa Komissiyası Ermənistana vizaların liberallaşdırılması planını təqdim edib.
QafqazTürk Media xəbər verir ki, sənəddə göstərilir öhdəliklər, hansı ki, Ermənistanın vizasız rejimin tətbiqindən əvvəl yerinə yetirməsi tələb olunur.
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanın sözlərinə görə, bu fəaliyyət planı vətəndaşların hərəkətliliyi və ictimai təhlükəsizlik sahəsində aparılacaq islahatların strateji çərçivəsini təşkil edir.
Fəaliyyət planının təqdimatı 2024-cü ilin sentyabr ayında Ermənistan və Avropa İttifaqı arasında vizaların liberallaşdırılması barədə rəsmi danışıqların başlanmasını izləyib.
Ermənistan vizaların liberallaşdırılması prosesini “tarixi hadisə” adlandırır və bildirir ki, bu addım ölkənin AB-yə inteqrasiya istiqamətində əhəmiyyətli bir irəliləyişdir.
2025-ci il 9 yanvarda Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesinin başlanması barədə qanun layihəsini dəstəkləyib.
Son dövrlərdə, əvvəllər Rusiya ilə yaxın əlaqələrdə olan Ermənistan ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirib.
Xatırladadaq ki, 2025-ci il 14 yanvarda Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb.
