Another advertisement
Avropa Komissiyasının sözçüsü Tim Makfinin sözlərinə əsasən, qaz istehlakının azaldılması planı sayəsində Avropa İttifaqı artıq Rusiya enerjisindən asılı deyil.
“Son bir il ərzində Avropa Rusiya enerji daşıyıcılarından asılılığa son qoymağı nəzərdə tutan plana uyğun olaraq öz ambisiyalarını reallaşdırıb. İndi biz artıq Rusiya enerjisindən asılı olmadığımızı bəyan edə bilərik”, – Makfi bildirib.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Avropa İttifaqı Rusiya kömürünün də idxalını dayandırıb.