Another advertisement
Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı” haqqında qanuna görə Gürcüstana qarşı sanksiyaları hələ nəzərdən keçirmir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.