Bu gün Lüksemburqda Avropa İttifaqının Xarici Əlaqələr Şurası keçiriləcək və ona Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel sədrlik edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında dərc olunan press-relizdə bildirilib.
Məlumata görə, Avropa İttifaqının xarici işlər nazirləri digər məsələlərlə yanaşı, Gürcüstanı da müzakirə edəcəklər.
“Cari məsələlər çərçivəsində yəqin ki, Aİ xarici işlər nazirləri Gürcüstan və Moldovada keçiriləcək seçkilərlə bağlı məlumatlandırılacaqlar”, – məlumatda qeyd olunur.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqas ilə qeyri-rəsmi fikir mübadiləsindən sonra onlar Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcəklər.
Qeyd edək ki, Şura son hadisələri nəzərə alaraq Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcək.