Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketi ilə bağlı razılığa gəliblər

64

Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı 16-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bu Barədə “Bloomberg” məlumat yayıb.

Agentlik yazır ki, yeni sanksiyalar paketinə onlarla Rusiya bankının SWIFT köçürmə sistemindən çıxarılması və Rusiyanın bir sıra hava limanları və limanları ilə əməliyyatların qadağan edilməsi daxildir.

Bundan əlavə, Rusiya mətbuatı 16-cı sanksiyalar paketinin Rusiya xam alüminiumunun Avropaya ixracını məhdudlaşdıracağını yazır. Avropa Birliyinin Rusiyanın “kölgə donanmasını” təşkil etdiyini iddia etdiyi 73 Rusiya gəmisinə qarşı sanksiyalar tətbiq olunacaq. Yeni sanksiyalar paketi fevralın 24-də Aİ xarici işlər nazirlərinin görüşündə rəsmi şəkildə təsdiqlənəcək, daha sonra Avropa İttifaqının Rəsmi Jurnalında dərc edilərək qüvvəyə minəcək.

Sonrakı yazı
Dimitri Peskov – Vladimir Putin və Donald Tramp arasında danışıqlar fevralın sonuna qədər baş tuta bilər
Öncəki yazı
Bədbəxt hadisə: Qızılhacılı kənd sakini avtomobil qəzasında dünyasını dəyişib