Avropa Şurasının rəhbəri Antonio Kosta, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kosi Kiyevə gəlib.
QafqazTürk Media xəbər verir ki, Antonio Kosta, Kaia Kallas və Marta Kos yeni vəzifələrini rəsmi şəkildə qəbul etdikləri ilk gündə Ukraynaya səfər ediblər.
Səfər çərçivəsində onlar Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər.
“Vəzifəyə gəldikdən sonra ilk səfərimdə mesajım aydındır: Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir. Bunun üçün hər şeyi edəcəyik”, – Kaia Kalas X sosial platformasında yazıb.
Xatırladırıq ki, Avropa Parlamenti noyabrın 27-də Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib. Yeni Avropa Komissiyası bu gün rəsmən fəaliyyətə başlayıb.