Avropa İttifaqının 9 tövsiyəsi ilə əlaqədar sabah işgüzar görüş keçiriləcək

1

Sabah, yanvarın 29-da Parlamentin binasında Avropa İttifaqının 9 tövsiyəsi ilə əlaqədar işgüzar iclas keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iclasda parlamentin sədri Şalva Papuaşvili, parlament çoxluğunun lideri İrakli Kobaxidze, parlament çoxluğunun və müxalifətin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Görüş saat 09:00-da başlayacaq.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Çavuşoğlu: “Azərbaycanın hüquqlarının müdafiəsi boynumuzun borcudur”
Öncəki yazı
Qaribaşvili: “Ümid edirik ki, Bakı və İrəvan tezliklə sülh imzalayacaq”