This is a specific ad

“Avropa İttifaqına namizəd statusunun stimul olacağına ümid edirdik”- Vera Yurova

244

Another advertisement

Namizəd statusunun Gürcüstan hökuməti üçün güclü stimul olacağına ümid edilirdi, lakin son aylar Gürcüstan rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıracaq qanunlar təklif ediblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Vera Yurova Avropa Parlamentində Gürcüstan üzrə plenar iclasda bildirib.

Avropa Komissiyasının vitse-prezidentinin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstanın Avropa İttifaqına gedən yolu üçün həlledici əhəmiyyət kəsb edir.

“Oktyabrın 26-da 3 milyondan çox gürcü yeni parlamentin seçilməsi üçün səs verəcək. Bu parlament seçkiləri Gürcüstanın Avropa Birliyinə gedən yolu üçün həlledici əhəmiyyətə malikdir. Bu, həm də Gürcüstanın demokratiyası üçün çox mühüm sınaq olacaq.

 Keçən ilin dekabrında Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilərkən biz ümid edirdik ki, bu, hökumət üçün mühüm islahatlar aparmağa, Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa güclü stimul olacaq. Bunun əvəzinə administrasiya rəsmiləri son aylarda ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar təklif etdilər. Kütləvi etirazlara baxmayaraq, vətəndaş cəmiyyəti və media qurumlarına mane olan “Xarici Şəffaflıq” haqqında qanun yenidən gündəmə gətirilib və qəbul edilib.

 LGBTQİ icmasını ləkələyən və dövlət institutlarının müstəqilliyini zəiflədən digər təkliflər də irəli sürülüb. Eyni zamanda, Avropa İttifaqına qarşı ritorika daha da güclənib”,- deyə Yurova bildirib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
“Lider İvanişvilidən başlayaraq, sanksiyalar tətbiq etməklə çox açıq siqnal verməliyik” -Riho Teras
Öncəki yazı
“Gürcüstanın namizəd statusu və vizanın liberallaşdırılması geri alına bilər”