This is a specific ad

Avropa İttifaqı vizasız rejimə nəzarəti gücləndirmək niyyətindədir – ƏTRAFLI

23

Another advertisement

Avropa Komissiyası vizasız rejimə nəzarət mexanizminin təkmilləşdirilməsi üçün Avropa Parlamenti və Avropa İttifaqı Şurası ilə məsləhətləşmələrə başlayıb.

QafqazTürk xəbər verir ki, qərarın səbəbi kimi miqrasiya və təhlükəsizlik problemləri göstərilir.

“Komissiya viza siyasətinin monitorinqini gücləndirəcək və hərtərəfli hesabat təqdim edəcək” – Avropa Şurasının prezidenti Fon Der Leyen qeyd edib.

Avropa Komissiyası qeyd edir ki, vizasız səyahət Aİ-yə üzv dövlətlər və üçüncü ölkələr üçün əhəmiyyətli iqtisadi, sosial və mədəni faydalar gətirir. Buna baxmayaraq, öz ciddi miqrasiya və təhlükəsizlik problemləri yaradır.

“Eyni zamanda, ötən illər göstərdi ki, vizasız səyahət ciddi miqrasiya və təhlükəsizlik problemlərinə səbəb ola bilər. Bununla yanaşı, vizasız rejimdən istifadə edən ölkə Aİ-yə qeyri-qanuni yollarla daxil olmaq üçün tranzit marşruta çevrilə bilər. Bu problemləri həll etmək və risklərdən qaçmaq üçün viza rejimi ilə bağlı mövcud qaydaları yenidən qiymətləndirmək və təkmilləşdirmək lazımdır.”

Qeyd edək ki, Avropa Komissiyası Avropa Parlamenti və Avropa İttifaqı Şurası ilə müzakirələr əsasında hazırlanmış qanunvericilik təklifini 2023-cü ilin payızında təqdim edəcək.

Sonrakı yazı
Sabah Marneulidə uşaqlar üçün əyləncə tədbirləri keçiriləcək
Öncəki yazı
100 yaşlı israilli həkim uzunömürlü olmağın sirrini açıqladı