This is a specific ad

Avropa İttifaqı Ukraynaya borc olaraq bu məbləği ayıracaq

164

Another advertisement

Avropa İttifaqı  borc olaraq Ukraynaya təxminən 35 milyard avro ayıracaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfəri zamanı bildirib.

“Rusiyanın davamlı hücumları o deməkdir ki, Ukraynanın Avropa İttifaqının davamlı dəstəyinə ehtiyacı var. Avropa Komissiyası G7-nin vədi çərçivəsində Ukraynaya 35 milyard avroya qədər borc ayıracaq. Bu, Avropa İttifaqının Ukraynanın bərpasına dəstək üçün daha bir mühüm töhfəsidir”, -deyə  Ursula fon der Leyen sosial şəbəkədə qeyd edib.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün Kiyevə səfər edib. Bu, onun Kiyevə səkkizinci səfəridir.

Sonrakı yazı
Gürcüstan Millisi 21-ci əsrin ən yaxşı nəticəsini göstərib
Öncəki yazı
Cinayətkarlıqla effektiv mübarizə indeksinə əsasən Gürcüstan bu yerdə qərar tutub