This is a specific ad

Avropa İttifaqı Tbilisidə Avropa Gününü qeyd edir

20

Another advertisement

Mayın 9-da Avropa İttifaqı və ona üzv dövlətlər Avropada sülh və birliyi özündə tərənnüm edən Avropa Gününü qeyd edirlər.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski bu gün ilə əlaqədar videomüraciət yayıb və Gürcüstan əhalisini gürcü dilində Avropa Günü münasibətilə təbrik edib.

“Biz Avropa Gününü qeyd edirik. Gürcüstan bu günü Avropa perspektivi ilə qarşılayır. Bu, böyük uğurdur! Növbəti mərhələ namizəd statusunun alınmasıdır, bu da Gürcüstanı Aİ üzvlüyünə daha da yaxınlaşdıracaq. Bu məqsəd əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Bu, vahid, təhlükəsiz və iqtisadi cəhətdən güclü Avropa ailəsinin üzvü olmaq üçün tarixi fürsətdir. Gürcüstana bu yolda uğurlar arzulayıram! Sizi Avropa Günü münasibətilə təbrik edirəm” – deyə səfir qeyd edib.

Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin nümayəndələri də Avropa Günü tədbirlərinə qatılıblar. Bu günə həsr olunmuş videoçarxda səfirlər Avropanın onlar üçün nə demək olduğunu ana dillərində təsvir edirlər.

Bundan əlavə, bu gün Rustaveli Milli Teatrında Avropa Gününə həsr olunmuş təntənəli tədbir keçiriləcək və Nikoloz Rachvelinin rəhbərliyi ilə Gürcüstanın Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında çıxış edəcək. Tədbirin açılışını Gürcüstan Prezidenti Salome Zurabişvili və Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski edəcəklər. Qəbulda hökumət, diplomatik korpus, incəsənət sahəsi və media nümayəndələri iştirak edəcəklər.

Tbilisidə “Sülh körpüsü” və televiziya qülləsi, həmçinin Batumi futbol stadionu Aİ bayrağının rənglərində işıqlandırılacaq.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi artıq mayın 6-da Tbilisidə Avropa Gününə həsr olunmuş genişmiqyaslı tədbir keçirib. “Expo Georgia” sərgi mərkəzində keçirilən bayram tədbirinə 10 mindən çox insan qatılıb. Onlar Avropa İttifaqı haqqında daha çox məlumat almaq, əyləncəli və interaktiv aktivliklərə qoşulmaq, müzakirələrdə iştirak etmək və Avropa təcrübələrini və imkanlarını bir-biri ilə bölüşmək imkanı əldə ediblər.

Sonrakı yazı
Türkiyədən kənarda səs verənlərin sayı
Öncəki yazı
İlham Əliyev Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını etdi – FOTO