This is a specific ad

“Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxmalıdır”-Viktor Orban

252

Another advertisement

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxmalıdır, çünki sanksiyalar enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olur və bu, blokun iqtisadi rəqabət qabiliyyətinə mane olur.

“Enerji daşıyıcılarının  qiymətləri aşağı salınmalıdır. Bu o deməkdir ki, sanksiyalara yenidən baxılmalıdır, çünki mövcud sanksiyalar siyasəti şəraitində qiymətlər azalmayacaq”, – Orban bildirib.

Onun sözlərinə görə, Amerika şirkətləri avropalı həmkarlarının qaz və elektrik enerjisinə xərclədikləri məbləğin dörddə birini ödəyir və bu boşluq ancaq sanksiyalara yenidən baxılmaqla aradan qaldırıla bilər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kolbasa və sosiskanın çox istifadəsinin fəsadları
Öncəki yazı
Milli Ətraf Mühit Agentliyindən əhaliyə xəbərdarlıq