This is a specific ad

Avropa İttifaqı noyabr ayından avtomatlaşdırılmış pasport nəzarəti sisteminə başlayacaq

378

Another advertisement

10 noyabr 2024-cü il tarixindən etibarən Şengen zonasına səyahət edərkən pasportdakı sərhəd keçid möhürü artıq istifadə edilməyəcək. Avropa İttifaqı sərhəd keçidlərinin rəqəmsal qeydiyyatını nəzərdə tutan yeni sərhəd nəzarəti sisteminə keçir.

QafqazTürk Media xəbər verir ki, Avropa Komissiyasının İmmiqrasiya və Daxili İşlər Departamentinin bəyanat yayıb.

Bəyanata görə, 2024-cü il noyabrın 10-dan Avropa İttifaqı qeyri-AB sakinlərinin sərhədi keçməsini rəqəmsal şəkildə qeydə alacaq avtomatik EES (Giriş/Çıxış) sisteminə keçəcək, bu səbəbdən fiziki möhürlərə ehtiyac qalmayacaq.

Avropa Komissiyasının İmmiqrasiya və Daxili İşlər Departamentinin bəyanatında deyilir:

“EES uzun müddət tələb edən, sərhəd keçidləri haqqında etibarlı məlumat verməyən və gecikmiş şəxslərin sistematik şəkildə müəyyən edilməsinə imkan verməyən pasportların əllə möhürlənməsi təcrübəsini əvəz edəcək.
EES, üçüncü dünya ölkələrindən vizasız və ya qısamüddətli viza ilə səyahət edənləri qeydiyyatdan keçirəcək avtomatlaşdırılmış İT sistemidir. Aİ-nin hər bir xarici sərhəd keçidi üçün sistem avtomatik olaraq şəxsin adını, səyahət sənədlərini, biometrik məlumatları, o cümlədən barmaq izləri və fotoşəkilləri, habelə sərhədi keçmə vaxtını və yerini qeyd edəcək.

Sərnişin hər hansı səbəbdən sərhədə buraxılmasa belə sistem işləyəcək.

Aİ ümid edir ki, avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət sistemləri blok daxilində təhlükəsizliyi artıracaq və sərnişinlərin səyahət vaxtını azaldacaq. Bununla belə, sistemdə avtomatik qeydiyyatın daha çox problem yaradacağına inanan bir sıra tənqidçilər var.

Qeyd edək ki, Şengen zonasında (o cümlədən Gürcüstanda) vizasız səyahət edən ölkələrin vətəndaşları Avropa Birliyinin həyata keçirilməsini gözlədiyi Avropa Səyahət Məlumat və Avtorizasiya Sistemində – ETIAS-da əvvəlcədən qeydiyyatdan keçməli olacaqlar. ETİAS-ın EES-in işə salınmasından sonra qüvvəyə minməsi gözlənilir.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Parlament sözdə LGBT təbliğatına qarşı hazırlanmış qanunvericilik dəyişikliyi paketinin müzakirəsinə qayıdıb
Öncəki yazı
Bu gündən etibarən motosikl və mopedlərin avtobus zolağı üzrə hərəkətinə icazə verilir