This is a specific ad

Avropa İttifaqı missiyası Ermənistan MN-in yalanını ifşa etdi

47

Another advertisement

“Avropa İttifaqının Ermənistandakı missiyası atəşə məruz qalmayıb”.

QafqazTürk.com xəbər verir ki,bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası bu ölkənin Müdafiə Nazirliyinin məlumatını şərh edərkən bildirib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin guya Ermənistandakı Aİ müşahidəçiləri istiqamətində atəş açdığını bəyan etmişdi.

“Heç bir EUMA patrulu (Aİ missiyası – red.) atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədinin ərazilərində patrul xidməti həyata keçiririk və Brüsseli hərbi hadisələr, o cümlədən məsuliyyət zonamızda baş verən atışmalarla bağlı məlumatlandırırıq”, – Aİ missiyasının “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
თავდასხმა ლვოვზე – არიან დაჭრილები, 40-მდე სახლი დაზიანდა
Öncəki yazı
Dağıstanda partlayış nəticəsində ölənlərin sayı artıb