This is a specific ad

Avropa İttifaqı “Meta”ya 1,2 milyard avro cərimə tətbiq edib – SƏBƏB?

87

Another advertisement

“Facebook”un ana şirkəti “Meta” Aİ-nin məlumat qanunlarını pozduğuna görə rekord məbləğdə cərimələnib.

QafqazTürk AFP-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı adından fəaliyyət göstərən İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) məlumat yayıb.

Bildirilib ki, “Facebook”un sahibi “Meta” əvvəlki məhkəmə qərarını pozaraq Aİ-nin istifadəçi məlumatlarını ABŞ-a ötürdüyünə görə 1,2 milyard avro (1,3 milyard dollar) cərimələnib.

Qeyd edək ki, DPC 2020-ci ildən bəri “Meta Ireland”ın şəxsi məlumatların Aİ-dən ABŞ-a ötürülməsini araşdırır. Bu addıma cavab olaraq, “Meta” bəyanat yayaraq qərarın “qüsurlu, əsassız olduğunu və digər şirkətlər üçün təhlükəli presedent olduğunu” bildirib.

“Biz həm qərarın mahiyyətinə, həm də cəriməyə etiraz etmək niyyətindəyik”, – “Meta”-nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq və baş hüquq işçisi Cennifer Nyustead açıqlamalarında bildiriblər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə dəhşətli qətl hadisəsi baş verib
Öncəki yazı
Quduzluğa yoluxma halı ilə əlaqədar Xonidə karantin elan ediləcək