This is a specific ad

Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandıra bilər

118

Another advertisement

Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana maliyyə yardımını dayandırmağı ciddi şəkildə nəzərdən keçirir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.

O qeyd edib ki,  Gürcüstandakı vəziyyətdən ciddi narahatdırlar və sözü gedən qanunu geriyə addım kimi dəyərləndirirlər.

P. Stano bir qədər əvvəl Aİ-nin adı çəkilən ölkəyə müdafiənin gücləndirilməsi üçün ayrılmalı olan 30 milyon avro vəsaiti blokladığını xatırladıb.

Məlumat üçün bildirək ki, sözü gedən qanun avqustun 1-dən qüvvəyə minib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“ABŞ-a ölüm, İsrailə ölüm!” bu şüar altında nə gizlənir?
Öncəki yazı
Prezident əfv sərəncamı imzalayıb