This is a specific ad

Avropa çempionatında veteran cüdoçular arasında birinci yer tutan marneulili cüdoçular Tbilisi hava limanında təntənəli şəkildə qarşılanıblar – ƏTRAFLI

20

Another advertisement

Bu gün veteran cüdoçular arasında keçirilən Avropa çempionatından qayıtmış marneulili cüdoçuları Tbilisi hava limanında – Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, şəhər şurasının sədri Amiran Qiorqadze, merin birinci müavini Roin Dekanoidze, ailə üzvləri və azarkeşlər qarşılayıblar və onları qazandıqları uğur münasibətilə təbrik ediblər.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Marneuli meriyası yayır.

Qeyd edək ki, bu ilin 6-11 iyun tarixlərində, Sloveniyanın Podçertrek şəhərində keçirilən Avropa çempionatında Marneulili cüdoçular – Sandro İakobaşvili və Qiqla Tsipiani veteran cüdoçular arasında birinci yeri qazanıblar. Marneuli bələdiyyəsinin özünüidarəetməsi  idmançıları qazandıqları uğur münasibətilə təbrik edib

Sonrakı yazı
ABŞ Çinin 31 təşkilatını qara siyahıya salıb – ƏTRAFLI
Öncəki yazı
Avropa çempionatında birinci yer tutan marneulili cüdoçular Tbilisi hava limanında təntənəli qarşılanıblar – ƏTRAFLI