İtaliya ilə ortaq namizəd olan Türkiyənin 2032-ci il Avropa Futbol Çempionatına (EURO 2032) ev sahibliyi etmək arzusu gerçəkləşib.
QafqazTürk.com xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
UEFA-nın Nyon şəhərindəki qərargahında UEFA İdarə Heyətinin iclasından sonra keçirilən mərasimdə AVRO 2032-nin Türkiyə-İtaliya tərəfdaşlığına verildiyi elan edilib.
Mərasimdə AVRO-2028-ə ev sahibliyinin Böyük Britaniya və İrlandiya Respublikasının tərəfdaşlığına verildiyi bildirilib.
İdarə heyəti iclasından sonra təşkil edilən mərasimdə UEFA prezidenti Aleksander Ceferin, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, İtaliya Futbol Federasiyasının prezidenti Gabriele Gravina və iki ölkənin nümayəndə heyətləri birlikdə mətbuat üçün pozalar verib.
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, köməkçisi Mustafa Eröğüt, Baş katib Kadir Kardaş və Atakaş Hatayspor baş məşqçisi Volkan Dəmirəl böyük sevinc yaşadı.
UEFA-nın qərarından sonra Türkiyə Futbol Federasiyası da təşəkkür mesajı yayımlayıb.
“Aralıq dənizi mədəniyyətini paylaşan iki ölkəyə AVRO-2032-yə ev sahibliyi etmək şərəfini verdiyinə görə UEFA-ya minnətdarlığımızı bildirmək istərdik. İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyası (TFF) indiyə qədər təşkil edilmiş ən yaxşı Avropa Çempionatına ev sahibliyi etmək üçün birləşərək, yeni dostluq körpüləri qurdu və futbol irsinə qalıcı töhfə verdi. Qarşıdakı illərdə İtaliya və Türkiyə “Bir Oyna” şüarımızda qeyd olunduğu kimi, böyük həvəs və bağlılıqla çalışaraq, azarkeşlərə 2032-ci ilə qədər ən yüksək Avropa Çempionatı təcrübəsini təqdim etmək üçün intensiv əməkdaşlıq edəcəklər.
Hörmətlə ictimaiyyətə bildirilir”.
Matçlar hər biri 5 stadionda keçiriləcək
AVRO 2032 Türkiyə və İtaliyanın ümumilikdə 10 şəhərində keçiriləcək. İki ölkə tək namizədlik üçün hazırladıqları sənədlərdə hər biri 10 şəhər seçib. Birgə namizədlik rəsmən bəyan edildikdən sonra hər iki ölkənin federasiyaları matçların keçiriləcəyi hər ölkədə 5 şəhəri müəyyənləşdirəcək. Hər iki ölkədə eyni sayda qrup, 1/8 final, 1/4 final və yarımfinal oyunları keçiriləcək. UEFA İdarə Heyətinin üzvü Sərvət Yardımcı, “Ev sahibi şəhərlərlə əlaqədar qərar vermək üçün tələsməyə ehtiyac yoxdur. Üç il ərzində keçiriləcək danışıqlarla açılış, bağlanış, qrup matçları və finalların harada oynanacağı bəlli olacaq” deyib.
Açılış və final matçları paylaşılacaq
AVRO 2032-yə ev sahibliyi etmək üçün ən maraqlı mövzulardan biri açılış və final oyunlarının hansı ölkədə keçiriləcəyidir. Hər iki ölkənin final matçı üçün müraciət edəcəyi gözlənilir. Mövzu ilə əlaqədar bəyanat yayan TFF prezidenti Mehmet Büyükekşi, “Final üçün 80 mindən çox tutumlu stadion tələbi var. 2026-cı ilin sonuna kimi bunu ilk bacaran finalı qazanacaq. Hər iki tərəf təmin edərsə, heç-heçə olacaq. İnşallah final matçı İstanbulda oynanacaq” deyib.