Avro-2024: Gürcüstan futbolçularına nə qədər pul veriləcək?

0

Gürcüstanın “Kartu” xeyriyyə fondu Avropa çempionatının pley-off mərhələsinə yüksələcəyi təqdirdə ölkənin futbol komandasına 30 milyon lari (təxminən 11,2 dollar) məbləğində mükafat verəcək.

QafqazTürk.com xəbər verir ki,bu barədə fondun bəyanatında deyilir.

Bildirilir ki, milli komanda Avropa çempionatına vəsiqə qazanmaqla Gürcüstandakı azarkeşlərə böyük sevinc bəxş edib. Əlavə motivasiya üçün komanda qrupdan çıxacağı təqdirdə 30 milyon lari, pley-offdakı hər növbəti qələbəyə görə də həmçinin 30 milyon lari alacaq.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. F qrupunda Gürcüstan komandasının rəqibləri Türkiyə, Çexiya və Portuqaliya komandaları olacaq.

1
1
Kateqoriya: İdman
Sonrakı yazı
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb
Öncəki yazı
Ukraynalıların Gürcüstanda vizasız qalma müddəti uzadılıb