This is a specific ad

Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın haqlı olduğu sübut olundu – ƏTRAFLI

48

Another advertisement

Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın haqlı olduğu sübut olundu. Beynəlxalq ictimaiyyət onun ərazi bütövlüyü və suverenliyini dəstəklədi. Ermənistanın hökümətinin Azərbaycana qarşı iddiaları əsaslanmadı.

Qeyd edək ki, rəsmi İrəvan Qarabağın mülki əhalisinin məcburi “tam blokadaya” alınması nəticəsində humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi.

BMT-dən Laçın yolunda problemlərin həlli üçün Azərbaycan və Ermənistanla əlaqələri davam etdirəcəkləri bildirilib:

“Tərəflər humanitar səylərə qarışmamalı və onları siyasiləşdirməməlidir. Humanitar reaksiya tanınma və ya qanuniləşdirmə aktı deyil, heç bir tərəfə dəstək vermir və siyasi təsirə səbəb olmur”.

BMT-dəki Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyev geniş məruzə ilə çıxış edərək Təhlükəsizlik Şurasının üzvlərini reallıqlarla ətraflı tanış etdi. İclasda humanitar məsələləri siyasiləşdirməməyə çağırış edildi. Bir daha dünya ictimaiyətinə çatdırıldı ki, Qarabağ regionundakı ermənilər Azərbaycanın suveren ərazilərindədirlər və onlar Bakının təklif etdiyi yollardan istifadə imkanları təmin olunmalıdır

Avqustun 16-da beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını nümayiş etdirdi. O da təsdiqləndi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir.

Report

Kateqoriya: Region
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında alınan qərara münasibətini bildirir – ƏTRAFLI
Öncəki yazı
Covid-19-dan sonra göründü! Şəkər xəstələrinə “Qara göbələk” xəbərdarlığı