This is a specific ad

Avqustun 1-dən etibarən “Xarici Təsirin Şəffaflığı Haqqında” Qanun qüvvəyə minir

88

Another advertisement

2024-cü il avqustun 1-dən “Xarici təsirin şəffaflığı haqqında” Qanunun qeyri-hökumət və media qurumlarını xarici dövlətin maraqlarını daşıyan təşkilat kimi Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edən bütün normaları qüvvəyə minəcək.

QafqazTürk Media xəbər verir ki, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün təşkilatlar üçün reyestrdə qeydiyyat məcburi olacaq.

Qanuna görə, qeydiyyat zamanı əvvəlki ildə daxil olan hər hansı pul vəsaitlərinin və əmlak dəyərində olan digər növ maddi sərvətlərin mənbəyi, məbləği və təyinatı haqqında məlumatlar əks etdirilməlidir.

Həmçinin, qurum əvvəlki il ərzində xərclədiyi pulun məbləği və təyinatı barədə məlumat verməlidir.

Bundan əlavə, ədliyyə nazirinin əmri ilə Milli Dövlət Reyestri Agentliyində Maliyyə Bəyannaməsi Departamenti yaradılıb. Departamentin vəzifələri xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilatların reyestrinin aparılması və aşkarlığın təmin edilməsi, o cümlədən nazirlik tərəfindən səlahiyyət verilmiş şəxsə “Xarici təsirin şəffaflığı haqqında” qanunla nəzərdə tutulmuş fəaliyyətdə dəstək göstərməkdən ibarətdir.

Parlamentin qəbul etdiyi “Xarici dövlətin maraqlarını həyata keçirən təşkilatın müəyyən edilməsi haqqında” qanun Ədliyyə Nazirliyinə istənilən vaxt məsələnin araşdırılması və öyrənilməsi-nəzarətini aparmaq səlahiyyəti verir.

Xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan yayınmaq və ya bəyannamə doldurmamaq təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək. Qanun həmçinin aşağıdakı cərimə növlərini nəzərdə tutur:

Ədliyyə Nazirliyinin internet saytında qeyd ediləndən sonra təşkilat 10 iş günü ərzində ərizə formasını doldurmadıqda 10 min lari;

Göstərilən müddətdə sənədlərdə çatışmazlıqlar aradan qaldırılmadıqda – 10 min lari;

Bir aydan sonra qanun pozuntusuna yol vermək – 20 min lari.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Vladimir Putin Ukraynada döyüşmək istəyən könüllülər üçün avans ödənişini iki dəfə artırıb
Öncəki yazı
Tbilisidə motosikl və mopedlər avtobus zolağında hərəkət edə biləcəklər