2023-cü ilin avqustunda Gürcüstandan Rusiyaya minik avtomobillərin ixracı azalıb, ümumi göstərici isə artıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata əsasən, əvvəlki ayla müqayisədə Rusiyaya ixrac 94% azalaraq 13,3 milyon ABŞ dollarından 781,9 min ABŞ dollarına düşüb. Ümumi göstərici isə 1,9% artaraq 186,9 milyon ABŞ dollarından 190,5 milyon dollara yüksəlib.
Avqust ayında ən böyük ixrac tərəfdaş ölkələri bunlardır:
- Qazaxıstan – 66,1 milyon ABŞ dolları;
- Qırğızıstan – 56,3 milyon ABŞ dolları;
- Azərbaycan – 37,9 milyon ABŞ dolları;
- Ermənistan – 17,1 milyon ABŞ dolları;
- Belçika – 4,7 milyon ABŞ dolları.
2023-cü ilin 8-ci ayında həyata keçirilən ixraca nəzər salsaq, bu dövrdə Gürcüstandan Rusiyaya minik nəqliyyat vasitələrinin ixracı 94,2% artıb. Ötən ilin yanvar-avqust aylarında 34,3 milyon ABŞ dolları dəyərində avtomobil satılıb. Bu ilin eyni dövründə bu rəqəm 66,6 milyon ABŞ dolları oldu.
Ümumi ixraca gəldikdə isə, bu ilin 8 ayında bu rəqəm 178,1% artaraq 492,1 milyard ABŞ dollarından 1,4 milyard ABŞ dollarına yüksəlib.
Yanvar-avqust aylarında ən böyük ixrac tərəfdaş ölkələri bunlardır:
- Azərbaycan – 567,8 milyon ABŞ dolları;
- Ermənistan – 552,3 milyon ABŞ dolları;
- Rusiya – 461,4 milyon ABŞ dolları;
- Qazaxıstan – 428,3 milyon ABŞ dolları;
- Qırğızıstan – 413,9 milyon ABŞ dolları.
Qeyd olunur ki, bu il idxal 98% artaraq 1,96 milyard ABŞ dolları təşkil edib. Əsas idxalçılar ABŞ, Yaponiya və Almaniya olub.