This is a specific ad

Avqust müharibəsindən 16 il keçir

215

Another advertisement

Avqust müharibəsindən 16 il keçir.

QafqazTürk Media xəbər verir ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Müdafiə Nazirliyinin 170 əməkdaşı, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs həlak olub. Yaralı və xəsarət alan mülki və hərbçilərin ümumi sayı 2232 nəfərdir ki, onların da 1045 nəfəri hərbi qulluqçulardır.

Bu gün Gürcüstan ərazilərinin 20%-i hələ də Rusiyanın işğalı altındadır. Rusiya Federasiyası Gürcüstanın regionlarını – Abxaziya və Çxinvali bölgəsini işğalını davam etdirir, ölkə ərazisində mütəmadi olaraq qeyri-qanuni hərbi təlimlər keçirir, işğal xəttini tikanlı məftillər və müxtəlif süni maneələrlə intensiv şəkildə möhkəmləndirir, qanunsuz həbs və və əsir alma praktikasını davam etdirir.

Avqust müharibəsindən sonra Rusiya Gürcüstanın iki regionunun – Abxaziya və “Cənubi Osetiya”nın müstəqilliyini tanıdı, lakin beynəlxalq ictimaiyyət Gürcüstanın ərazi bütövlüyünün tərəfdarı olaraq qalır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტის კულტურის ცენტრის ქორეოგრაფიული ჯგუფის გასტროლი ჩინეთში
Öncəki yazı
ისმაილ ჰანიეს მკვლელობის შემდეგ, „ჰამასის“ პოლიტიკურ მეთაურად იაჰია სინვარი დაინიშნა